G7: İran heç vaxt nüvə silahına sahib olmamalıdır
Rusiya: ABŞ-la İran arasında hərbi qarşıdurma yenidən başlaya bilər
FTB SEPAH üzvünü “ən çox axtarılan terrorçular” siyahısına daxil edib
Ukrayna üzrə sülh danışıqları Əbu-Dabidə başa çatdı; Trampın nümayəndələri Moskvaya gedir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Möhsün Rzayi: ABŞ-ın Avropadakı hərbi bazalarını hədəfə alacağıq
İranda insanlar borclarını ödəmək üçün orqanlarını satışa çıxarırlar
İtaliya, Şotlandiya və Şimali İrlandiyada yüzlərlə məktəb bomba təhdidlərinə görə boşaldılıb
İranda polis üç bəlucu güllələdi
Ankara Ermənistanla sərhədin yalnız Bakı ilə sülhdən sonra açılacağını bildirdi
İranda daha iki qadın öldürüldü
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
Tokayev ərəbcə sözlərdən imtinaya çağırdı
İran ayda bu qədər raket istehsal edir- "Bloomberg"
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
“Ynet”: İsrail İranla fərqli müharibəyə hazırlaşır
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
Marağada iki iaşə obyekti bağlandı
Netanyahu ilə Tramp arasında gərgin telefon danışığı baş tutdu
İran AEBA-ya nüvə obyektlərini yoxlamağa icazə vermədi
İranla bağlı məxfi məlumatı paylaşanı 20 milyon dollar mükafat gözləyir
İranda daha üç məhbus edam edildi
Rubio: Tramp müharibə və ya razılaşma əvəzinə İran rejimini boğmaq yolunu seçib – “Axios”
Pompeo: Respublikaçılar İranla müharibəyə görə seçkilərdə səs itirdilər, lakin ABŞ mübarizəni davam etdirməlidir
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Sistan və Bəlucistanda mina partladı- Ölən var
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
Keçmiş hakimdən qalmaqallı açıqlama: Məndən Traktorun əleyhinə fit çalmağımı istədilər (VİDEO)
ABŞ: İran danışıqlarda qeyri-real şərtlər irəli sürür
İraq İran milli futbol komandasının təyyarəsinin enişinə icazə vermədi
Heqset: ABŞ İranın nüvə obyektlərini yaxından izləyir və yenidən zərbə endirməyə hazırdır
Binabda məhəllələrin Azərbaycan türkcəsindəki qədim adları lövhələrdə
İran polisi etnik bəlucu güllələyib
İranda daha beş etirazçı edama məhkum edildi
Mustafa Kamal Atatürkün anım günüdür
İran zənginləşdirməni birdəfəlik dayandırmalıdır!- Vadeful
İran həbsxanalarında aclıq aksiyası keçirilir
İsrail: İran Yaxın Şərqdən kənar ölkələr üçün də təhlükə olaraq qalır
Tam müharibə vəziyyətindəyik- Mühacirani
İrəvanda Azərbaycanın qədim tarixi abidəsi olan Göy Məscidin iclas zalına erməni şairin adı verildi
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Tramp: ABŞ istənilən vaxt İrana yenidən zərbə endirməyə hazırdır
Layihə çərçivəsində oktyabrın 21-də Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı orta məktəbdə “Təbiətin mühafizəsinin gücləndirilməsi, ekoloji maarifləndirmə işinin təşkilində məktəbin rolu” mövzusunda məktəblilərin iştirakı ilə tədbir keçirilib.
Təbdirdə çıxış edən “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, layihənin rəhbəri Elman Cəfərli bildirib ki, son illər planetimizdə baş verən təbii fəlakətlər, qlobal istiləşmə, sel və daşqınlar, torpaq sürüşmələri ciddi narahatlıq yaradıb.
“Təbii ehtiyatlardan israfçılıqla istifadə, ayrı-ayrı işbazların tez varlanma hərisliyi üzündən yaşıllıqlar, canlı aləm məhv edilir, ekoloji tarazlıq pozulur.
Ətraf mühitin saflaşdırılmasında, mühafizəsində meşələrin, yaşıllıqların rolu ölçüyəgəlməz dərəcədə böyükdür. Təbiətin mühafizəsinin gücləndirilməsində, bununla bağlı maarifləndirmə işinin genişləndirilməsində ictimai fəalların, KİV-in gənc nəslin tərbiyəsi ilə məşğul olan pedaqoqların üzərinə mühüm vəzifələr düşür.
Ekoloji tərbiyə ətraf mühitin dərk olunması və təbiətə qayğı ilə yanaşmanın formalaşması proseslərindən keçir”-Elman Cəfərli bildirib.
Layihənin rəhbəri deyib ki, ekoloji tərbiyə ilə gəncləri doğma torpağı və təbiəti sevməyə, ətraf mühitə biganəlikdən qaçmağa öyrədə bilərik: “Təbiət güclüdür, ancaq bu güc tükənməz deyil. İnsan kiçik yaşlarından dərk etməlidir ki, torpağın, havanın və suyun çirklənməsi insan həyatı üçün təhlükə yaradan ekoloji fəlakətə səbəb ola bilər.
Hər bir insan dərk etməlidir ki, ətraf mühitin çirklənməsinin aradan qaldırılması onun ekoloji mədəniyyəti, tərbiyəsi və təhsilindən asılıdır”.
Elman Cəfərli gəncləri fəal və məsuliyyətli olmağa, təbiətin düşməni olan ağackəsənlərə, ərtaf mühiti çirkləndirənlərə qarşı mübarizə aparmağa səsləyib: “Bizim bir deyim var:qonşun pisdir, köç qurtar. Biz əslində bunun əksini etməliyik. Qonşu ağacı kəsirsə, zibili məişət tullantıları üçün ayrılan yerə, qablara atmırsa ona irad bildirməliyik. Küçəni, həyəti zibilləyənlərə, ora boş su butulkası, polietilen torba atanlara yaxınlaşın və onlara irad bildirin. Heç nədən çəkinməyin. Siz haqlısız. Siz gələcəyi quranlarsız.
Bəzən Avropa və Amerikanın inkişaf etmiş ölkələrinə həsəd aparırıq ki, küçələr təmizdir, insanlar məsuliyyətlidir, növbə mədəniyyəti var. Əgər istəyirsiniz ki bizim də həyətlərimiz abad, küçələrimiz təmiz olsun, insanları duyarlı, ictimai məsuliyyətli olan, ictimai birgəyaşayışa əməl edən gözəl bir cəmiyyətdə yaşayasınız o zaman doğruları deməyi, yanlışları göstərməkdən çəkinməməlisiz.
Ən gözəl tərbiyə nümunədir. Biz şəxsi nümunəmizlə davranış modeli yarada bilərik”.
QHT sədri gəncləri yaşıllaşdırma aksiyalarında aktiv olmağa səsləyib: “Hər bir kəs ömrü boyu 20 ağac əkməlidir. Valideynlərinizə deyin, sizi ağacəkmə aksiyalarına aparsın. Özünüz həyətinizdə gül kolları, ağac tingləri əkin, onlara qulluq edin. Hər bir kəs küçə heyvanlarına qarşı duyarlı olmalıdır. Yer üzü tək biz insanların deyil.
Heyvanlar da bizimlə bərabər yaşamalı, təbiətin nemətlərindən istifadə etməlidir. Onların da yaşamaq, çoxalmaq haqqı var. Amerikada meşə sahəsi yaşayış evlərinə qədər uzanır. Mənim dostum Vaşinqtonda yaşayır. Hərdən mənə video çəkib göndərir. Sincab, dələ kimi heyvanlar evyana qədər gəlir. Bizdə bunu təsəvvür etmək olarmı? Meşə hevyanları bizdəki kimi maşından, adamdan qorxub qaçmır. Çünki amanda olduğunu bilir. Bilir ki, insanlar ona toxunmayacaq”.
117 saylı məktəbin müəllimi Kamal Hacıyev çıxışında bildirib ki, məktəblilərin təbiətlə, canlı aləmlə tanışlığı erkən yaşlarından başlamalıdır: “Biz məktəbli olanda müəllimlərimiz bizi təbiət qoynuna ekskursiyaya aparardı. Bizə müxtəlif növ ağaclar, bitkilər, çöl heyvanları, sürünənlər və həşaratlar barədə məlumat veririlirdi. Biz onları canlı görürdük.
Hesab edirəm ki, uşaqlarda canlı təbiətə sevgi aşılamaq, onlara ekosistem haqqında bilgi vermək üçün canlı ekskursiyalar vacibdir”.
Kamal Hacıyev məktəbliləri ətraf mühitə qarşı duyarlı olmağa çağırıb: “Hər il hektarla meşə sahələri məhv edilir. Su mənbələri quruyur. Abad bölgələr gözəl simasını itirir. Qlobal istiləşmə bir faktdır.
Amma ekoloji tarazlığın pozulması daha çox subyektiv amillərdən asılıdır. Yəni təbiəti bu kökə salan biz insanlarıq. Siz bilməlisiz ki, meşələr planetin ağciyərləridir. Ağaclar bizim nəfəsimizdir.
Ağac kəsənlərə irad bildirin. Qoy utansınlar, ictimai qınaqdan çəkinsinlər. Sizə “bir ağacdan təbiətə ziyan gəlməz” deyəcəklər. Amma bilin ki, bir ağacın kəsilməsi də təbiətə vurulan zərbədir. Çünki normal oksigen verən ağacın yetişməsi üçün 20 il-30 il lazımdır. Onlara deyin ki, nəfəsimizi kəsməyin. Hər il Türkiyədə “Gələcəyə nəfəs” adlı ağacəkmə kampaniyaları keçirilir. 2019-cu ildə 11 milyon ağac ekilib.
Türkiyədə 40 mindən çox insan meşəçilik sahəsində çalışır. Minlərlə şagird, tələbə könüllü ağacəkmə kampaniyalarına qoşulur. Siz də bu işdə aktiv olmalısız. Su içdiyiniz plasmas su butulkaları, dönər bükdüyünüz polietilen torbalar xüsusi zibil qablarına atılmalıdır. Amma küçəyə çıxan kimi görürük, hər yer polietilen torba, plasmas su butulkasıdır.
Bilin ki, onlar torpağın altında belə on illərlə çürümürlər. Onlar xırda həşəratların məhvinə səbəb olurlar”.
117 saylı orta məktəbin direktoru Vələddin Nurəddinov layihənin əhəmiyyətindən danışıb: “Olduqca aktual bir layihədir. Tədbirin təşkilatçılarına minnətdarlığımı bildirirəm. Uşaqlara ətraf mühitə həssas yanaşmağı, təbiətə, canlı aləmə sevgi hissini erkən yaşlarından aşılamaq lazımdır. Burada məktəbin böyük rolu var.
Amma eyni zamanda gənc nəslin ekoloji tərbiyəsində mühitin, ailənin də rolu var.
Təmizlik evimizin kandarından başlanır. Biz necə ki evimizi təmiz saxlayırıq, eləcə də yaşadığımız həyəti, hər gün gəzdiyimiz küçəni təmiz saxlamalıyıq. Ekoloji cəhətdən savadlı insan dərk etməlidir ki, təbiət də onun özü kimi canlıdır.
Uşağa kiçik yaşlarından canlı aləmə sevgi ilə yanaşmanı aşılamaqla biz onun şəxsiyyətinin formalaşmasına təkan vermiş oluruq.
Yeni nəsildə vətəndaş şüurunun formalaşdırılmasının prioritet istiqamətlərindən biri də məhz ekoloji təhsil və tərbiyə olmalıdır”.
Qeyd edək ki, tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Xəyalə Rüstəmova da iştirak edib.





Ayxan
İranda polis üç bəlucu güllələdi
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
İran polisi etnik bəlucu güllələyib
Mustafa Kamal Atatürkün anım günüdür
İran həbsxanalarında aclıq aksiyası keçirilir
Tam müharibə vəziyyətindəyik- Mühacirani
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Binabda iş qəzası - Ölən var
Təqaüdçülər Həmədan və Zəncanda etiraz aksiyası keçirdilər
ABŞ İranla bağlı surpriz qərar verə bilər - Media
“Gələn həftə Si Cinpin və Putinlə görüşə bilərəm”
İranda daha dörd iaşə obyekti bağlandı
Daha bir etirazçı həbs və edam cəzasına məhkum edildi
İranın infrastrukturunu məhv etmək niyyətində deyilik- Tramp
Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Ərəb ölkələri Məkkə və Mədinəyə hücumları pisləyib
NYT: İsrail ABŞ-ni İranın potensial kimyəvi silah istifadəsi ilə bağlı xəbərdar edib
Qoşaçayda şagirdlər zəhərləndi
İranın Ermənistandakı səfirliyi İrəvanın Göy məscidi haqqında videomaterial yayımlayıb.
Tramp İrana qarşı yeni zərbələr və danışıqlar arasında seçim etməyə çalışır – Axios
Türkiyə Müdafiə Nazirliyi: İran ərazisindən açılan atəş nəticəsində türk əsgəri həlak olub
Tehranda binaların üstündə zenit toplar quraşdırılıb
ABŞ İrana görə daha iki şəxs və bir quruma sanksiya tətbiq etdi
Bu şəhərlər Təbrizə birləşdirilsin- Huşyar
Məkkə bölgəsində pilotsuz uçuş aparatı ələ keçirilib və məhv edilib; müsəlmanların qibləsi yenidən təhlükə ilə üz-üzədir
Qeşm adasında dörd güclü partlayış qeydə alınıb
İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiyi bildirilir
Qaçqıların deportasiyası üçün ABŞ İranla gizli danışıq aparıb- Associated Press
İranda məhbuslar yenidən aclıq aksiyası keçiriblər
Səudiyyə Ərəbistanı və Suriya Hörmüz boğazında gəmiçiliyə qarşı təhdidlərin dayandırılmasına çağırıb – SPA
ABŞ İrana görə Kanada şirkətlərinə sanksiya tətbiq etdi
Üç şəhərdə daha yeddi məhbus edam edildi
Netaniyahuya görə həbs edilən təbrizli sərbət buraxılıb