SON XƏBƏRLƏR

İranda tanınmış reper Tomac Salehi həbs edilib

2022.10.31, 10:15
İranda tanınmış reper Tomac Salehi həbs edilib

Gunaz.tv

İranın bir sıra dövlət xəbər agentlikləri etirazçı müğənni, reper Tomac Salehinin həbsi barədə məlumat verib.

Məlumatda onun "ölkənin qərb sərhədlərini qanunsuz olaraq tərk etməyə çalışdığı zaman" həbs edildiyini iddia edilir.

Bu iddialardan sonra Tomacın adına fəaliyyət göstərən "twitter" hesabında yayılan məlumatda və onun dayısının açıqlamasında reperin Çaharmahal və Bəxtiyari əyalətində həbs edildiyi, onun ölkəni tərk etməyə çalışdığı barədə rəsmi məlumatın yalan olduğu bildirilib.

Reperin həbsini İsfahan əyalətinin baş prokuroru Seyid Məhəmməd Musəviyan təsdiq edib.

O, Tomac Salehinin İsfahan əyalətində, xüsusilə Şahinşəhərdə etirazların qızışdırılmasında və vətəndaşları iğtişaşlara təhrik etməkdə mühüm rol oynadığını iddia edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar