SON XƏBƏRLƏR

"İranın silah yayması Avropa üçün təhlükədir"-Avropa Komissiyasının sədri

2022.11.19, 13:03
"İranın silah yayması Avropa üçün təhlükədir"-Avropa Komissiyasının sədri

Gunaz.tv

Noyabrın 18-də Bəhreynin paytaxtı Manamada keçirilən konfransda Ursula Fon der Lyayen İslam Respublikasına qarşı daha çox sanksiyaların tətbiqini vurğulayıb.

Ukrayna müharibəsində istifadə edilən İran pilotsuz təyyarələrinin Rusiyaya göndərilməsinə toxunan Avropa Komissiyasının rəhbəri deyib ki, İslam Respublikasının silahlarının yayılması Avropa üçün təhlükədir.

O, daha sonra bildirib ki, İran öz pilotsuz təyyarələrini Rusiyaya göndərməklə dünya düzənini zəiflətmək istiqamətində hərəkət edib.

Avropa Komissiyasının sədri İran körfəzi ətrafındakı ərəb ölkələrinin illərdir İranın pilotsuz uçuş aparatlarının bir sıra ölkələrə göndərildiyi barədə xəbərdarlıqlarının ciddiyə alınmamasını səhv adlandırıb.

"İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışmaqla yanaşı, həmçinin pilotsuz təyyarələrdən tutmuş ballistik raketlərə qədər yayılmanın digər formalarına da diqqət yetirməliyik.

Ona görə ki, bu silahlar təkcə Yaxın Şərq üçün deyil, hamımız üçün təhlükəsizlik riskidir",-deyə, xanım Fon der Lyayen xəbərdarlıq edib.

Avropa Birliyi Böyük Britaniya, Amerika və Kanada ilə birlikdə Rusiyaya pilotsuz təyyarələr göndərdiyinə görə İrana qarşı sanksiyalar tətbiq edib və bu sanksiyaları genişləndirməyi düşünür.

Bu birlik həmçinin xalq etirazlarını yatırtmaq üçün öz tərəfdaşları ilə İslam Respublikasına qarşı bir neçə sanksiya paketini təsdiqləyib.

Bunun son nümunəsi bu həftənin bazar ertəsi İslam Respublikasının 30 yüksək vəzifəli rəsmisinə sanksiya tətbiq edilməsi olub.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar