SON XƏBƏRLƏR

İranda sərnişin təyyarəsi biletlərinin qiymətləri artırılacaq

2022.12.22, 12:40
İranda sərnişin təyyarəsi biletlərinin qiymətləri artırılacaq

Gunaz.tv

Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Məhəmmədibəxş aviyabiletlərin qitmətlərinin qaldırılması ehtimalının yüksək olduğunu deyib.

“Aviaşirkətlər xarici valyuta məzənnəsi və xərclərin artması ilə əlaqədar təyyarə biletlərinin qiymətinin artırılması ilə bağlı müraciət ediblər və bu müraciətə baxılır. Bunun təfərrüatları məlum deyil və təsdiq edildikdən sonra elan ediləcək",-deyə, o bildirib.

İranın sərnişin hava donanmasının 400-ə yaxın təyyarəsi olduğu halda, hazırda bu onların təxminən 115-i fəaliyyət göstərir.

Qeyd edək ki, ekspertlərin fikrincə, İranın hava donanmasının yenidən qurulması üçün ən azı 400 yeni təyyarə lazımdır, ancaq ölkənin iqtisadi vəziyyəti, hökumətin yanlış siyasəti və nüvə proqramlarının yaratdığı iqtisadi sanksiyalar bu donanmanın yenidən qurulması və modernləşdirilməsinə mane olub.

Cavidan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar