SON XƏBƏRLƏR

İran Ali Məhkəməsi Urmu gölü ilə bağlı təklifi rədd etdi

2022.12.24, 12:52
İran Ali Məhkəməsi Urmu gölü ilə bağlı təklifi rədd etdi

Gunaz.tv

İran Ali Məhkəməsi onlarla güneyli vəkil tərəfindən məsələ ilə bağlı nümayəndə kimi seçilən Mehdi Zəhiri Yusifabadi və Əsgər Məhəmmədinin müraciətlərinin keçərsiz olduğunu bildirib.

Azərbaycanlı vəkillər Şərqi və Qərbi Azərbaycan əyalətlərinin Ətraf Mühitin Mühafizəsi İdarəsi, Şəhərsalma və Yol Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Energitika Nazirliyi və başqa əlaqədar qurumları Urmu gölünün bərpası işlərində məsuliyyətsizlik etməkdə günahlandırıb, onların barəsində iddia qaldırıblar.

Qeyd edək ki, Urmu gölünün 90%-ə yaxını quruyub və bərpa işlərinin aparılmayacağı təqdirdə gölün tamamilə yox olacağı gözlənilir. (Axar.az)

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar