SON XƏBƏRLƏR

Beynəlxalq təşkilat İranda jurnalistlərin həbsi ilə bağlı bəyanat yayıb

2022.12.30, 11:26
Beynəlxalq təşkilat İranda jurnalistlərin həbsi ilə bağlı bəyanat yayıb

Gunaz.tv

“Jurnalistlərin Müdafiəsi Komitəsi” illik hesabatında bildirib ki, İran jurnalistlərin ən çox həbs olunduğu ölkələr siyahısında birinci yeri tutur.

Komitə əlavə edib ki, İranda ümumi etirazlardan sonra həbs olunan minlərlə insan arasında onlarla jurnalist və müxbirin adlarını görmək olar.

Jurnalistlərin Müdafiəsi Komitəsi bildirib ki, İran xalqının ümumi etirazlardakı tələbləri hazırda İslam Respublikasının devrilməsidir.

"İran hakimiyyət orqanları misli görünməmiş sayda qadın jurnalisti həbs edib. Etirazlarla bağlı həbs edilən 49 jurnalistdən 22-nin qadın müxbir və jurnalist olması İranda ümumi etirazların işıqlandırılmasında qadınların mühüm rolunu göstərir",-deyə, hesabatda bildirilir.

Cavidan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar