SON XƏBƏRLƏR

Əmək Nazirliyi: "İranda 25 milyondan çox insan yoxsulluq həddinin altında yaşayır"

2023.01.03, 11:06
Əmək Nazirliyi: "İranda 25 milyondan çox insan yoxsulluq həddinin altında yaşayır"

Gunaz.tv

"Aparılan sorğuya əsasən, son 4 ildə ölkədə orta yoxsulluq səviyyəsi 20%-dən 30%-ə yüksəlib və daha çox iranlının yoxsulluğa düçar olması bizə iqtisadi siyasətlərə yenidən baxılması lazım olduğunu xatırladır",-deyə, nəşrdə bildirilib.

Araşdırma nəticələrinə əsasən bu rəqəm kənd yerlərində 35%-dən də yuxarıdır.

“Fərdaye Eqtesad” nəşrinin araşdırmasının nəticələrinə görə, həyatının minimum əsas ehtiyaclarını təmin edə bilməyən insan “tamamilə yoxsul” sayılır və gündə 2100 kkal verən qida səbətini hazırlaya bilməməsi “qida yoxsulluğuna” işarədir. 

Hesablamalara görə, son dörd ildə İran əhalisinin yarıdan çoxu tələb olunan minimum kaloridən də azını təmin edə bilib.

Dünya Bankının bundan əvəl açıqladığı statistika göstərir ki, İranda mütləq yoxsulluq səviyyəsi 2013-2019-ci illər arasında əhəmiyyətli dərəcədə artıb və bu tendensiya son illər daha sürətlənib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar