SON XƏBƏRLƏR

İranda hicaba görə subsidiya ayrılacaq

2023.01.14, 08:59
İranda hicaba görə subsidiya ayrılacaq

Gunaz.tv

Bu barədə İran prezidentinin qadınlar üzrə müavini Ənisə Xəzəli məlumat verib.

O, çadıranın daha çox mədəniyyətə aid əşya olduğunu iddia edərək bu vasitə ilə hakimiyyətin mədəniyyət sahəsinə yardım etmək istədiyini bildirib.

Ənisə Xəzəli İran qadınlarının problemləri ilə bağlı qeyri adi çıxışına görə ad çıxarıb.

Bir müddət öncə o, "Hicab birinci səngərimizdir. Bunu itirsək başqa səngərlərin də itirilməsi ilə barışmalı olacayıq"-deyə, bildirmişdi.

Xəzəlinin qız uşaqlarının erkən yaşlarda evləndirilməsinin faydaları, "İranın qadınlar üçün ən təhlükəsiz ölkə" olması barədə çıxışları iranlı qadınların istehzasına səbəb olub.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar