SON XƏBƏRLƏR

İranda həbs edilən irlandiyalının durumu ağırlaşıb

2023.01.19, 14:22
İranda həbs edilən irlandiyalının durumu ağırlaşıb

Gunaz.tv

Bu barədə məlumat verən məhbusun ailəsi bildirir ki, yanvarın  əvvəlindən aclıq aksiyası keçirən Bernard Fiyon xəstə olmasına baxmayaraq hətta dərman qəbul etməyi də dayandırıb.

 64 yaşlı Bernard Fiyon oktyabrın 3-də İranda həbs edilsə də, onun saxlanılma xəbəri gec ictimailəşdirilib.

İrlandiyalı turistin hazırda 15 nəfərlə birgə saxlanıldığı kamerada ağır vəziyyətdə olduğu deyilir.

Onun "İran hökumətinə qarşı təbliğat" və "İran silahlı qüvvələrinin fotolarını çəkmək"də ittiham olunduğu qeyd olunur.

Qeyd edək ki, İran hökuməti uzun illərdir ki, xarici vətəndaşları casusluqda ittiham edərək öz imtiyaz və tələblərini əldə etmək üçün onlardan girov kimi istifadə edir.

Bu hökumət əvvəllər də iranlı və əcnəbi məhbusları etiraf etməyə məcbur edib.

Onlar azadlığa çıxandan sonra etiraflarını qəti şəkildə rədd edib və etiraflarının məcburi və təhdid altında alındıqlarını bildiriblər.

Cavidan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar