SON XƏBƏRLƏR

Amerikada terrora cəhd göstərən iranlı qadın universitetdən qovulub

2023.02.17, 13:28
Amerikada terrora cəhd göstərən iranlı qadın universitetdən qovulub

Gunaz.tv

Bununla yanaşı Amerikanın Nevada əyalətinin məhkəməsi onun ev dustağı edilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, Niku Nikubin 2022-ci ilin mart ayının 5-də evlənmə saytında tanış olduğu amerikalını “Sans Steyşen” hotelinə dəvət edib, onun gözlərini bağlamasını istəyib və bundan sonra çantasında olan bıçaqla adı açıqlanmayan amerikalıya zərbələr endirib.

İranlı qadın polis tərəfindən saxlanıldıqdan sonra Amerika hərbçiləri tərəfindən 2020-ci ildə öldürülən Qasım Süleymaninin qısasını almaq niyyəti ilə bu işə əl atdığını deyib.

İranın panfarsist cərəyanları və hökumətə yaxın sosial media qrupları amerikalı kişi ilə hotel otağında görüşən və polis araşdırmalarından sonra yüngül həyat tərzi keçirdiyi bilinən Niku Nikbini “İranın dişi  aslanı”, “Qasım Süleymaninin fədaisi”, “fars irqının namus simvolu” və bu kimi başqa ifadələrlə öyüblər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar