SON XƏBƏRLƏR

Avropa Parlamenti İranda həbsdə olan ikili vətəndaşın taleyindən nigarandır

2023.04.04, 13:06
Avropa Parlamenti İranda həbsdə olan ikili vətəndaşın taleyindən nigarandır

Gunaz.tv

O, İrlandiya və Fransa ikili vətəndaşı olan Bernard Filanın azadlığa buraxılmasını tələb edib.

Fransa və İrlandiya vətəndaşı olan Filan 6 ay bundan öncə İranda həbs edilərək girovb qismində saxlanılır.

"Bernard Filan Tehran rejiminin əsirliyindədir və həbs ediləndən bu günə kimi ədalətli mühakimə və həkim xidmətindən məhrum edilib",- Avropa Parlamentinin nümayəndəsi bildirib.

Qeyd edək ki, İran hökuməti uzun illərdir ki, xarici vətəndaşları casusluqda ittiham edərək öz imtiyaz və tələblərini əldə etmək üçün onlardan girov kimi istifadə edir.

Bu hökumət əvvəllər də iranlı və əcnəbi məhbusları etiraf etməyə məcbur edib.

Sonra dediklərini qəti şəkildə rədd edib və etiraflarının məcburi və təhdid altında alındıqlarını bildiriblər.

Günaz.TV
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar