SON XƏBƏRLƏR

İranda hicabsız qadınlar ictimai nəqıiyyata buraxılmır

2023.04.05, 08:03
İranda hicabsız qadınlar ictimai nəqıiyyata buraxılmır

Gunaz.tv

Aprilin 4-də İsfahan şəhərində məcburi hicab qaydalarını riayət etməyən qadınların metroya girməsinə icazə verilmədiyi bildirilir.

İsfahan metro dayanacaqlarının girişində "Hicabsız şəxslərə bilet satılmayacaq" məzmunlu xəbərdarlıq bildirişlərinin yapışdırılıb.

Sosial media fəallarının verdiyi məlumata görə, bir neçə yerdə metroya buraxılmayan qadınlarla məmurlar və nəzarətçilər arasında insident yaşanıb.

Qeyd edək ki, son aksiyalar zamanı İranda məcburi hicab qaydalarına etiraz edən 36 qadın hökumət məmurları tərəfindən öldürülüb.

Etiraz aksiyalarının səngidiyindən sonra, xüsusən son günlər məcburi hicab qaydalarına riayət edilməməsinə görə onlarla iş yerinin fəaliyyətinə qadağa qoyulub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar