SON XƏBƏRLƏR

Milli fəal Fərhad Pakruh prokurorluğa çağırılıb

2023.04.07, 10:10
Milli fəal Fərhad Pakruh prokurorluğa çağırılıb

Gunaz.tv

Çağırış prokurorluğun elektron sistemi vasitəsilə göndərilib.

Çağırışda ondan 10 gün müddətində prokurorluğa getməsi tələb edilib.

Bundan öncə ilkin məhkəmə Fərhad Pakruhu 4 ay həbs cəzasına məhkum edib və həbsdən sonra 2 il müddətinə ölkədən çıxışına qadağa qoymuşdu.

O, "kiber məkanda video və foto yaymaqla hökumət əleyhinə təbliğat"da ittiham olunub.

Pakruh bundan öncə Azərbaycan Milli Hərəkatının tanınmış simalarından olan mühəndis Qulamrza Əmaninin ildönümü mərasiminə qatıldığı üçün saxlanılmışdı.

Günaz.TV
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar