SON XƏBƏRLƏR

"Suriyadan sonra növbə Azərbaycanındır"-Qasım Süleymani ilə bağlı gizlinlər üzə çıxdı

2023.04.10, 12:53
"Suriyadan sonra növbə Azərbaycanındır"-Qasım Süleymani ilə bağlı gizlinlər üzə çıxdı

Gunaz.tv

Azərbaycan Respublikasına təhdid mesajları ilə zəngin olan müsahibələrdə bir sıra gizlinlərin də üstü açılıb.

"Hüseyniyyun" terror qruplaşmasının təsisçilərindən olan Tohid İbrahimbəyli Qasım Süleymaninin bu qrupun yaradılmasındakı rolu barədə danışıb.

"Qasım Süleymani bir gün müharibənin Suriyada bitəcəyi və İsraillə mübarizənin Cənubi Qafqaz bölgəsinə baş verəcəyinə inanırdı.

Buna görə də, bütün prosedurları nəzərə almadan "Hüseyniyyun"un əsasnaməsini imazaladı. O vaxt Azərbaycan müqavimət hərəkatının əsas nöqtələrindən sayılmırdı, bu Qasım Süleymaninin prosedurları nəzərə ayaqlamasından sonra baş verdi",- qruplaşmanın təsisçisi bildirib.

Müsahibədə terror qruplaşmasının başqa üzvləri Orxan Məmmədov, Musa Əsədzadə və Əkrəm Hacıyev iştirak edib və dolayısı ilə 2018-ci ildə Gəncə şəhərində Elmar Vəliyevə qarşı terror aktının məsuliyyətini üzərlərinə götürüblər. (axar.az)

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar