SON XƏBƏRLƏR

İsveç Həmkarlar İttifaqları Platformasından iranlı məhbuslara dəstək

2023.04.11, 09:09
İsveç Həmkarlar İttifaqları Platformasından iranlı məhbuslara dəstək

Gunaz.tv

Qurum Tehran hökumətinin repressiv siyasətini pisləyib və iranlı müəllim, işçi və tələbə hərəkatlarını dəstəklədiyini bəyan edib.

İsveç Həmkarlar İttifaqları Platforması İranda həbs edilən işçi fəal, müəllim, tələbələrin və siyasi baxışlarına görə məhkum edilən bütün məhbusların azadlığa buraxılmalarını tələb edib.

Bəyanat müəllifləri İranın onlarla şəhərində qız məktəblərinə kimyəvi hücumların səbəbkarlarının aşkarlanmasını və cəzalandırılmasını istəyib.

İsveç həmkarlar ittifaqlarının platforması Tehran rejiminin iqtisadi, siyasi və ictimai problemləri ört-basdır etmək üçün etirazçı vətəndaşları və fəalları saxta ittihamlarla həbs etdiyini vurğulayıb.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar