SON XƏBƏRLƏR

Güneyli məhbus Səhənd Məhəmmədzadəyə qarşı yeni ittihamlar irəli sürüldü

2023.04.12, 14:03
Güneyli məhbus Səhənd Məhəmmədzadəyə qarşı yeni ittihamlar irəli sürüldü

Gunaz.tv

Məhbusun vəkili Hamid Əhmədinin verdiyi məlumata görə, müvəkkili "yalan məlumatlar yaymaq" və "ictimai rəyi təhrik etmək" ittihamları ilə üzləşib.

Səhəndə qarşı irəli sürülən yeni ittihamların onun istintaq dövrü işgəncə edilməsi ilə bağlı səs yazısının yayılmasından sonraya təsadüf edir.

Qeyd edək ki, Tehranın İnqilab Məhkəməsi güneyli idmançı Səhənd Nurməhəmmədzadəni "müharibə" ittihamı ilə öncə edama məhkum edib.

O, barəsində çıxarılan qərardan şikayət etdikdən sonra ölüm hökmü 10 il azadlıqdan məhrumetmə, 5 il sürgün və 74 şallaq cəzası ilə dəyişdirilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar