SON XƏBƏRLƏR

Təbriz yaxınlığında yerləşən Kürücan tarixi məzarlığı dağıdılır

2023.04.13, 11:15
Təbriz yaxınlığında yerləşən Kürücan tarixi məzarlığı dağıdılır

Gunaz.tv

Bu barədə güneyli sosial media fəalları məlumat yayıb.

Məlumat yayılandan sonra məsələ yerli media orqanlarında da işıqlandırılıb.

Onlarla alim və tarixi şəxsiyyətin basdırıldığı qəbristanlıqda olan tarixi baş daşları, daş kətibələr sındırılıb, onlardan bir çoxu oğurlanaraq aparılıb.

Məsələ ilə bağlı güneyli ziyalı və mədəni fəallar Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatına müraciət etdiklərini, ancaq hələlik heç bir cavab ala bilmədiklərini bildirirlər.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar