SON XƏBƏRLƏR

Sərəskənddə məktəblər qəzalı vəziyyətdədir

2023.04.18, 15:36
Sərəskənddə məktəblər qəzalı vəziyyətdədir

Gunaz.tv

Bu barədə Sərəskəndin fərmandarı Əlirza Turi mediaya verdiyi müsahibədə bildirib.

O, hazırda Sərəskənddə 25 məktəbin qəzalı vəziyyətdə olduğunu və 15 kaneks (konteyner) məktəbin fəaliyyət göstərdiyini söyləyib.

Turi bildirib ki, məktəblərin qəzalı vəziyyətinə və uçma ehtimalına görə, valideynlər övladlarını məktəbə buraxmaqdan ehtiyat edirlər.

Fərmandar vurğulayıb ki, ölkədə adambaşına düşən məktəb sahəsinin 8.4 kvadrametr təyin edildiyi halda, Sərəskənddə bu 5.6 kvadratmetrdir.

Qeyd edək ki, illərdir kaneks məktəblərin yığışdırılması ilə bağlı millət vəkilləri və əyalət rəsmilərinin çoxsaylı vədlərinə baxmayaraq məsələ həll olunmamış qalıb.

Təhsil Nazirliyinin yerli bölmələri dövlətin yeni məktəblərin tikintisi və köhnə məktəblərin təmiri ilə bağlı vəsait ayırmadığını deyirlər.

Bu səbəbdən Azərbaycan əyalətlərində məktəb binalarının çatışmazlığı problemi yerli xeyriyyəçilərin vəsaiti hesabına həll olunur. 

Günaz.TV  

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar