SON XƏBƏRLƏR

Çexiya XİN başçısı Lavrovu təlxək adlandırdı

2023.04.26, 15:01
Çexiya XİN başçısı Lavrovu təlxək adlandırdı

Gunaz.tv

“Təlxək Lavrovun Çexiya Prezidenti Pyotr Pavellə bağlı açıqlamaları sadəcə gülüncdür. Rusiya terrorçu dövlətdir və onun rəhbərliyi beynəlxalq tribunal qarşısına çıxarılmalıdır”, - Lipavski bildirib.

Qeyd edək ki, Çexiya Prezidenti Pyotr Pavel “Politiko” nəşrinə müsahibəsində bildirmişdi ki, Rusiya və Ukrayna arasında sülhün bərqərar olmasında Çinə vasitəçi kimi etibar etmək olmaz, çünki müharibəni davam etdirmək Pekinin maraqlarına uyğundur.

Rusiya xarici işlər naziri Sergey Lavrov da bunu normal siyasətçiyə heç bir aidiyyəti olmayan bəyanat adlandırmışdı. (axar)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar