SON XƏBƏRLƏR

İranda mollalara hücumlar artıb

2023.04.29, 09:09
İranda mollalara hücumlar artıb

Gunaz.tv

Son 3 gün ərzində bu qəbiildən olan hücumlar nəticəsində Əli Xameneyi və Qasım Süleymaniyə yaxın olan Abbasəli Süleymani öldürülüb, bir molla isə yaralanıb.

Aprelin 27-də Tehranın Mərzadarn bulvarında mollanın yersiz müdaxilələrindən əsəbiləşən vətəndaşın onu avtomobillə əzməyə çalışdığı barədə videolar yayılıb.

İran mediası hadisənin təfərrüatı barədə açıqlama verməsədə, yerli sosial media istifadəçiləri şahidlərə istinadən mollanın sürücünün geyim tərzinə irad bildirdiyini və münaqişənin bu üzdən yarandığını yazıblar.

Qeyd edək ki, xüsusilə son illər İranın müxtəlif yerlərində mollaların vətəndaşların şəxsi həyatına müdaxilələri onların döyülməsi, bir sıra hallarda öldürülmələri ilə nəticələnib.

Son bir il ərzində İranın Qum, İsfahan, Tehran, Günbəd Kavus, Zahidan bölgələrində onlarla mollaya hücum edilib və onlardan dördü həlak olub.

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar