SON XƏBƏRLƏR

Güneyli işçi hərəkatı fəalının həbs qərarı təsdiqlənib

2023.05.05, 11:03
Güneyli işçi hərəkatı fəalının həbs qərarı təsdiqlənib

Gunaz.tv

Bu barədə açıqlama verən vəkil Hüseyn Tac, Şəhabinin ittihamlarla bağlı müdafiəsinin nəzərə alınmadığını, cinayət işində qaranlıq məqamların çox olduğunu və məhkəmənin ədalətsiz qərar verdiyini bildirib.

Rza Şəhabi ilə yanaşı daha iki fəal Həsən Səidi və Keyvan Möhtədi barədə də oxşar qərar çıxarılıb.

Rza Şəhabi bundan öncə həbs edildiyi zaman məmurlar tərəfindən döyüldüyü üçün fəqərə sütunu və boyun nahiyəsindən ağır xəsarət alıb.

2022-ci il mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir və Tehran Avtobus Sürücüləri Birliyinin fəal üzvüdür.

O, saxlanıldıqdan sonra təcridxanaya köçürülüb və təhlükəsizlik məmurları tərəfindən işgəncə edilərək dindirilib.

Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb. dəfələrlə həbs edilib və 6 il məhkumluq dövrü yaşayıb.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar