SON XƏBƏRLƏR

"Bir yumruq kimi eyni mövqedən çıxış etməliyik"- Günaz.TV Berlin yürüşünə dəstək verdi

2023.05.06, 15:09
"Bir yumruq kimi eyni mövqedən çıxış etməliyik"- Günaz.TV Berlin yürüşünə dəstək verdi

Gunaz.tv

"Son illərdə milli fəallarımızın həm daxildə, həm xaricdə fəaliyyəti artıb və bu hamımızın sevincinə səbəb olur.

Xaricdə Brüssel etirazlarından sonra yenə də milli birliyimizin şahidi olduq, hamımız sevindik.

İndi isə Xordad (22 May) qiyamının ildönümü yaxınlaşır. Daxildə və xaricdə olan fəallarımız böyük qiyamımızın ildönümünü qeyd etmək və şəhidlərimizin xatirəsini əziz tutmaq üçün tədbirlər planlaşdırırlar.

Bu tədbirlərdən biri də Berlində olacaq. Avropada olan həmvətənlərimizin hamısını Berlindəki etiraz və dəstək aksiyasına qoşulmağa çağırırıq"-Əhməd Obalı belə deyib.

Günaz.TV-nin rəhbəri deyib ki, düşmənin qarşısında çiyin-çiyinə, əl-ələ verib bir yumruq kimi eyni mövqedən, azərbaycançılıq mövqeyindən bu etirazlara qoşulmalıyıq:

"Bu aksiya hər hansı bir təşkilatın, şəxsin tərəfindən təşkil olunmayıb. Heç kəs kimsənin orada olub-olmamasına müsbət və ya mənfi fikir bildirməsin.

Bu etiraz bütün milli fəallar tərəfindən təşkil olunub.

Biz də əvvəldən həm fərd olaraq və həm də televizya olaraq bu tədbirin içindəyik.

Dəstək veririk və hamını Berlin aksiyasına qoşulmağa çağırırıq.

Düşmən qarşısında çiyin-çiyinə, qol-qola birliyimizi göstərməyin zamanı çatdığı üçün hər kəsi mümkün qədər bu aksiyada fəal olmağa dəvət edirik.

Orada görüşmək arzusu ilə".

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar