SON XƏBƏRLƏR

Əhvazda polis zabiti öldürüldü

2023.05.06, 18:03
Əhvazda polis zabiti öldürüldü

Gunaz.tv

İran mediasının yaydıı məlumatda hadisənin mayın 6-ı günorta saatlarında Əhvazın Kiyanpars məhəlləsində baş verdiyi bildirilib.

Sosial mediada fəalları Kiyanpars məhəlləsində girovgötürmə hadisəsi baş verdiyi barədə məlumatlar paylaşıb, şiddətli atışma səslərinin eşidildiyini qeyd ediblər.

Hökumət rəsmiləri bunu təkzib edib və atışma səslərinin silahlı qaçaq qatilin tutulması üçün aparılan təqib əməliyyatı ilə bağlı olduğunu iddia ediblər.

Qeyd edək ki, bu gün səhər saatlarında Xuzistan əyalətində yaşayan etnik ərəblərin tanınmış fəalı İran-İsveç ikili vətəndaşlığı olan və “Əhvazın Azadlığı uğrunda Ərəb Hərəkatı”nın keçmiş lideri Həbib Əsyudun (Fərəcullah Çəəb) edam edilib.

Xuzistanda yeni etiraz aksiyalarının və gərginliyin başlayacağı ehtimal edilir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar