SON XƏBƏRLƏR

İran repressiyaları sərtləşdirir: Hicabsız gəzən 2 aktrisa məhkəməyə verilib

2023.05.09, 10:47
İran repressiyaları sərtləşdirir: Hicabsız gəzən 2 aktrisa məhkəməyə verilib

Gunaz.tv

Tanınmış kino aktrisaları Baran Kosari və Şaqaye Deqan ictimai yerdə hicabsız olduqlarına görə məhkəməyə verilib.

Bu barədə modern.az xəbər yayıb.

Məlumata görə, Kosari aktyor həmkarının dəfn mərasiminə, Deqan isə kafeyə başıaçıq gedib.

Hər iki aktrisanı cərimə və ya həbs cəzası gözləyə bilər.

Qeyd edək ki, bir müddət öncə İranda daha 4 aktrisaya qarşı analoji iş başlanıb.

Onlardan bəziləri ölkənin kino sənayesindəki uğurlarına görə mükafatlar almış şəxslərdir.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar