SON XƏBƏRLƏR

İranın raket və PUA proqramına yeni sanksiyalar tətbiq ediləcək

2023.05.10, 07:27
İranın raket və PUA proqramına yeni sanksiyalar tətbiq ediləcək

Gunaz.tv

Sənəd oktyabrda İranın raket proqramına qarşı BMT-nin 2231 saylı qətnaməsi ilə tətbiq edilən məhdudiyyətlərin müddəti bitməmiş İranın raket və pilotsuz uçuş aparatlarının fəaliyyətinə sanksiyaların tətbiq olunması ilə bağlıdır.

Sanksiya planını Respublikaçı və Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Mayk Makkol, Demokrat və komitənin yüksək səviyyəli üzvü Qriqori Miks, Respublikaçı və Yaxın Şərq, Şimali Afrika və Mərkəzi Asiya alt komitəsinin sədri Co Vilson və demokrat Din Fillips təqdim ediblər.

"BMT-nin məhdudiyyətlərinə baxmayaraq, İran raketləri və pilotsuz təyyarələri bütün Yaxın Şərqdəki əsgərlərimizi, müttəfiqlərimizi və tərəfdaşlarımızı hədəfə alır və Vladimir Putinin Ukraynaya qarşı qeyri-qanuni və aqressiv müharibəsini daha da gücləndirir",- planı hazırlayanların bəyanatında deyilir.

Onlar, təcili tədbirlərin görülmədiyi təqdirdə, İranın raketləri və pilotsuz təyyarələrinin oktyabr ayında bütün dünyada daha böyük fəlakətlərə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

ABŞ Konqresinin nümayəndələri deyirlər ki, “Cinayətlə Mübarizə Aktı” adlanan plan İranın arsenalını məhdudlaşdırmaq, İrana və onun proksi qüvvələrinə dəstəyi qadağan etmək məqsədi daşıyır.

Bu plana əsasən, İranın raket və dron proqramının satışı, təhvil verilməsi və ya dəstəklənməsi ilə məşğul olan hər hansı şəxs və ya qurumun əmlakı və aktivləri bloklanacaq və sanksiyalar tətbiq ediləcək. Bu sanksiyalara həmin şəxslərə və onların ailə üzvlərinə viza verilməsinin qadağan edilməsi də daxil olacaq.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar