SON XƏBƏRLƏR

"Üçüncü dünya müharibəsi başlaya bilər"-Sabiq prezident

2023.05.12, 17:37
"Üçüncü dünya müharibəsi başlaya bilər"-Sabiq prezident

Gunaz.tv

“Report” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş Prezident Dmitri Medvedev deyib.

Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda çıxışı zamanı Medvedev bildirib ki, hazırda Rusiyaya qarşı tammiqyaslı hibrid müharibə gedir: “Rəqiblər üçüncü dünya müharibəsinə, qlobal fəlakətə yol açırlar.

Rusiyanın səbri sonsuz deyil, istənilən kompromislərin həddi var”.

D.Medvedevin sözlərinə görə, Rusiya öz suverenliyini və ərazi bütövlüyünü, milyonlarla vətəndaşının təhlükəsizliyini qorumaq üçün xüsusi əməliyyat keçirir.

Qeyd edək ki, o, daha əvvəl Rusiyanın özünü müdafiə üçün bütün silahlardan, o cümlədən nüvə silahından istifadə edə biləcəyini söyləmişdi.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar