SON XƏBƏRLƏR

İran təhlükəsi: Amerika körfəzdəki qüvvələrini gücləndirir

2023.05.13, 07:17
İran təhlükəsi: Amerika körfəzdəki qüvvələrini gücləndirir

Gunaz.tv

Vaşinqton bu addımı İranın regionda ticarət gəmilərinə qarşı təhdidlərinə cavab olaraq atıb.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi mayın 12-də jurnalistlərə bildirib ki, ABŞ Müdafiə Nazirliyi körfəzdəki hərbi mövqelərini gücləndirmək üçün tədbirlər görür.

Bu tədbirlərin təfərrüatları yaxın günlərdə Ordu Mərkəzi Komandanlığı tərəfindən açıqlanacaq. 

"ABŞ xarici və regional güclərin Hörmüz boğazı da daxil olmaqla, Yaxın Şərqin su yollarında naviqasiya azadlığını təhlükə altına atmasına icazə verməyəcək",- Kirbi qeyd edib.

Kirbinin sözlərinə görə, son 2 ildə İranın ticarət gəmiləri ilə bağlı İran körfəzində gəmiçilik hüquqlarına təcavüz, hücum və ya müdaxilə etməsinə dair 15 hadisə baş verib.

Amma son 2 ayda xüsusilə İranın mayın əvvəlində, bir həftə ərzində 2 kommersiya tankerini ələ keçirməsindən sonra vəziyyət xüsusilə gərginləşib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar