SON XƏBƏRLƏR

"Edamı dayandırın"-Beynəlxalq Əfv Təşkilatından İrana çağırış

2023.05.13, 14:01
"Edamı dayandırın"-Beynəlxalq Əfv Təşkilatından İrana çağırış

Gunaz.tv

Müraciət İranın rəhbəri Əli Xameneyiyə, habelə İran Məhkəmə Sistemi və İranın Avropa Birliyindəki səfirliyinə ünvanlanıb.

Ərəb fəalların hər an edam olunacağı təhlükəsi barədə xəbərdarlıq edən beynəlxalq təşkilat məhkəmə prosesinin ədalətsiz aparıldığını bəyan edib.

Təşkilat hesab edir ki, ərəb fəalların mühakiməsi ədalətsiz aparılıb, onlar məhkəmədə vəkillə təmin edilməyib.

Xatırladaq ki, ötən ilin fevral ayında "silahlı əməliyyatlar həyata keçirmək"də, "separatçı Əl-Nizal təşkilatı ilə əməkdaşlıq"da və "xarici ölkənin bankı vasitəsi ilə valiyuta mübadiləsi"ndə ittiham olunan fəallar ölüm cəzasına məhkum ediliblər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar