SON XƏBƏRLƏR

Ağ Ev İsrailə İranla bağlı hərbi plan hazırlamağı təklif edib

2023.05.18, 12:36
Ağ Ev İsrailə İranla bağlı hərbi plan hazırlamağı təklif edib

Gunaz.tv

Agentlik bildirib ki, Bayden administarasiyası bu təkliflə  bir neçə həftə öncə çıxış edib.

Amerika rəsmiləri bildiriblər ki, İranla bağlı ortaq hərbi plan hazırlamaqla Vaşinqton ilə Yerusəlimin hərbi əməkdaşlığı güclənəcək. 

Lakin İsrail dövlətinin rəsmiləri bu təklif barədə fərqli düşünürlər. 

Belə ki, bu təkliflə razılaşsalar İsrail İrana və bu ölkənin nüvə təsisatlarına qarşı hərbi əməliyyatlar keçirməyə başlayacaq. 

İsrail Amerikanın bu təklifinə hələ qarşı çıxmayıb, lakin Vaşinqtondan istədiyi budur ki, bu barədə daha da açıqlama versin.

Həmçinin Amerika açıqlamalıdır ki, bu təklif İrana qarşı mümkün ssenarilər, yoxsa həqiqi əmliyyatların keçirilməsi barədədir.

“Bayden administrasiyasının İran barədə bu təklifi İranın nüvə təsisatlarına zərbə endirməyi nəzərdə tutmur”- deyə Amerikanın bir rəsmisi bildirib.

Xatırladaq ki, 2 həftə öncə Amerikanın Milli Təhlükəsizlik müşaviri Cakob Sulivan məsələ ilə bağlı açıqlama verib.

“İranın nüvə silahına çatmağının qarşısını almaq üçün Amerika bu barədə İsrailin sərbəst davranacağını dəstəkləyir”-deyə, o,  bildirib. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar