SON XƏBƏRLƏR

22 may aksiyaları ilə bağlı həbslər başladı: Güneyli milli fəallar saxlanılıb

2023.05.19, 09:29
22 may aksiyaları ilə bağlı həbslər başladı: Güneyli milli fəallar saxlanılıb

Gunaz.tv

Məlumata görə, Davud Şiri, Həmzə Vəlizadə, Ruhullah Əhmədinejad, Cavad Əhmədzadə və Əlirza Səbri mayın 18-i axşam saatlarında saxlanılıb.

Fəalların şəxsi mənzillərində axtarış aparılıb və bir sıra şəxsi əşyalarının müsadirə edilib.

Onların nədə ittiham olunduğu və hara aparıldığı barədə açıqlama verilməyib.

5 milli fəalın son günlər mayın 22-də Güney Azərbaycan şəhərlərində kütləvi nümayişlərə çağırışlar edildiyi üçün saxlanıldığı ehtimal edilir.

Qeyd edək ki, son günlər Güneyin müxtəlif bölgələrində milli-mədəni fəallara çağırışlar göndərilir, onlar məhkəmə və prokurorluqda ifadə verməyə dəvət olunurlar.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar