SON XƏBƏRLƏR

"İranın yeni nüvə təsisatını dağıtmaq mümkündür"- İsrail

2023.05.24, 12:16
"İranın yeni nüvə təsisatını dağıtmaq mümkündür"- İsrail

Gunaz.tv

Xatırladaq ki, "Asoşeyted Pres" İranın Nətənz bölgəsinə yaxın dağların altında yeni nüvə təsisatının tikildiyini yazıb.

Qeyd olunub ki, yerin 80-100 metr dərinliyində tikildiyi üçün müəssisənin hərbi əməliyyatlarla dağıdılması mümkün deyil.

Agentlik ekspertlərin sözlərinə istinad edərək bildirib ki, Amerikanın ən müasir bombaları yerin 60 metrliyinə qədər keçə bilir.

Tsaxi Hanegbi mayın 23-də keçirilmiş Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı həmin hesabatdan təəccüblənmədiyini bildirib.

“İranın başqa bir dağaltı təsisatı da var”-deyə o, vurğulayıb.

Tsaxi Hanegbi həmin məkanda tikilən yeni nüvə təsisatına hər hansı hərbi əməliyyatın mürəkkəb olacağını bildirib.

"Bu problemin həllinə hələ də yollar var. Bu məsələ ilə bağlı deyəcəyim budur ki, orada zərbəyə məruz qoyula bilməsi mümkün olmayan heç bir yer yoxdur”-deyə, o, əlavə edib.

"Asoşeyted Pres"in məlumatına görə,  Hanegbi "İsrailin təkbaşına əməliyyat aparmaq imkanı varmı" sualına cavab verməkdən yayınıb. Eyni zamanda İranı qırmızı xətti keçməməyə xəbərdarlıq edib.

“Ümid edirik ki, İranın nüvə silahı məsələsinin qarşısını almaq üçün hərbi əməliyyatlara baş vurmayacağıq.  

İranın nüvə silahı əldə etməsinin qarşısını almaqla bağlı İsrail və Amerikanın mövqeyi üst-üstə düşür”-deyə Hanegbi qeyd edib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar