SON XƏBƏRLƏR

Rusiya 16 nüvə başlığı daşıyan gəmini Sakit okeana göndərir

2023.05.24, 14:37
Rusiya 16 nüvə başlığı daşıyan gəmini Sakit okeana göndərir

Gunaz.tv

Qeyd edək ki, "Generalissimus Suvorov" gəmisi 2022-ci ilin sonlarında Rusiyanın Müdafiə Nazirliyinə təhvil verilib və Bulava adlandırılan 16 nüvə başlığı daşıya bilir.

TASS xəbər agentliyi mayın 24-də bildirib ki, Rusiyanın həmin müasir sualtı nüvə gəmisi avqustda Sakit okeanda, Kamçatka yarımadasında yerləşəcək. 

Agentlik Rusiyanın hərbi rəsmilərindən birinə istinadən bildirib ki, gəmi Şimal Hərbi Donanmasından Sakit Okean Donanmasına keçiriləcək. 

Qeyd edək ki, Amerikanı Sakit Okeanda hərbi mövcudluğunu artırmaqda ittiham edən Moksva Asiya qitəsində hərbi resurslarını gücləndirmək niyyətindədir. 

Moskvanın bölgədə aktivliyini artırması Yaponiyanın narahatlığına səbəb olub. 

Qeyd edək ki, Rusiyada Kuril adaları, Yaponiyada isə Şimali Torpaqlar adlanan adalar qrupu iki ölkə arasında mübahisəli ərazi sayılır.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar