SON XƏBƏRLƏR

Zəncanda etiraz: Narazılar meriyanın qarşısına toplaşdı

2023.06.13, 11:41
Zəncanda etiraz: Narazılar meriyanın qarşısına toplaşdı

Zəncanın Rabitə Şirkətinin təqaüdçü və əməkdaşları etiraz aksiyası keçirib.

Gunaz.tv

Əmək haqlarının və təqaüdlərin ödənilmədiyi bildirən narazılar şirkətin Zəncan şəhərindəki inzibati binasının qarşısına toplaşıblar.

Təqaüdçülər və işçilər bir neçə aydır ki, məvaciblərin ödəniləcəyi ilə bağlı verilən vədlərin yalan çıxdığını bildiriblər.

Onlar bəyan edib ki, əmək haqları ödənilməsə etiraz aksiyaları davamlı olacaq. 

Narazılar inflyasiya ilə gəlirlərin uyğun olmadığını və çoxsaylı məişət problemləri ilə üzləşdiklərini deyiblər.

Etirazçılar bildirib ki, qanunla nəzərdə tutulan ödəniş və yardımları da ala bilmirlər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar