Amerika İran ilə anlaşma və ya “kiçik razılaşma” əldə edir. Bu razılaşmaya əsasən, bloklanmış vəsaitlərinin sərbəst buraxılması müqabilində İran uranı 60%-dən yuxarı zənginləşdirməyəcək, Vaşinqton-İran arasında məhbus mübadiləsi aparılacaq. Axar.az xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu Knessetin Müdafiə Komitəsinin iclasında deyib.