SON XƏBƏRLƏR

Xiyavda ağır yol qəzası baş verib

2023.06.14, 12:00
Xiyavda ağır yol qəzası baş verib

Ərdəbil əyalətinin Xiyav (Meşkin) şəhərinin Qotursuyu-Lahrud yolunda ağır yol qəzası baş verib.

Gunaz.tv

Bu barədə Ərdəbil əyalətinin Yol Polisi İdarəsinin rəisi polkovnik Vəhid Əlipur məlumat verib.

O, hadisə nəticəsində iki nəfərin yerindəcə öldüyünü, 4 nəfərin isə ağır yaralandığını bildirib.

Qeyd edək ki, hər il İranda baş verən yol qəzalarında ortalama 17 min nəfər həyatını itirir.

İranda yol qəzalarının sayının çox olmasının əsas səbəbi ölkədə istehsal olunan minik avtomobillərinin keyfiyyətsizliyi və yolların təhlükəli olmasıdır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar