SON XƏBƏRLƏR

“Füzuli, Şuşa, Laçın və Zabuxda məktəblər açılacaq”-Nazir

2023.06.14, 14:07
“Füzuli, Şuşa, Laçın və Zabuxda məktəblər açılacaq”-Nazir

İşğaldan azad olunmuş bölgələrdə yeni məktəb binaları tikiləcək. Bu barədə təhsil naziri Emin Əmrullayev bildirib.

Gunaz.tv

“Növbəti tədris ilində Füzulidə, Şuşada, Laçında və Zabuxda məktəblərimiz fəaliyyətə başlayacaq”.

Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə keçirilən məzun günündə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev belə deyib.

Report.az xəbər verir ki, nazir bu il həm də fərqli bir tədris ilinin olduğunu söyləyib:

“Bu il tədris ilinə Zəngilanda, Ağalı məktəbində də başlaya bildik. Artıq Azərbaycanın bir çox bölgələrində məktəblər tikilib tamamlanmaq üzrədir.

Növbəti tədris ilindən Füzulidə, Şuşada, Laçında, Laçının Zabux kəndində məktəblərimiz fəaliyyətə başlayacaq. Biz buna çox inanırıq.

Həmin məktəblərə zəng səsi qayıdacaq, həmin məktəblərə şagirdlərimiz və müəllimlərimiz qayıdacaq. Bu, bizi çox sevindirir”.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar