SON XƏBƏRLƏR

Güneydə təbii fəlakət qurbanlarının sayı artdı

2023.06.16, 12:22
Güneydə təbii fəlakət qurbanlarının sayı artdı

Güney Azərbaycanın Germi və Biləsuvar bölgələrində sel qurbanlarının sayı artıb.

Gunaz.tv

Ərdəbil əyalətinin Qızıl Aypara Cəmiyyətinin yaydığı məlumata görə, iyunun 14-ü axşam saatlarında güclü yağışdan sonra baş verən sel nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Meyitləri tapılan təbii fəlakət qurbanlarının dördünün 7,8,12 və 13 yaşlı qız uşaqları olduğu bildirilib.

Bununla yanaşı bölgə əhalisinə külli miqdarda xəsarət dəyib, yüzlərlə mal-heyvan tələf olub, yollar, elektrik xətləri və su kəmərləri dağılıb.

Hazırda Germi-Biləsuvar yolu bağlanıb, nəqliyyatın hərəkətinin mümkün olmadığı üçün adı çəkilən bölgələrdə içməli su və ərzaq çatışmazlığı yaranıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar