SON XƏBƏRLƏR

Tehranda içməli su qıtlığı yaranıb

2023.06.17, 11:06
Tehranda içməli su qıtlığı yaranıb

9 gündür İranın paytaxtı Tehranın bir çox bölgələrində insanlar içməli su problemi ilə üzləşib.

Gunaz.tv

Bu barədə İranın "Şərq" qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, yaşayış məntəqələrinə suyun verilməsi tankerlərlə həyata keçirilir.

Tehran Bələdiyyəsi başqanının əlaqələr və regional məsələlər üzrə müavini Abbas Şəbani bu gün bildirib ki, şəhərdə su çatışmazlığı davam edir.

Paytaxt sakinlərinin içməli suya tələbatı meydanlarda yerləşdirilən su tankerləri vasitəsilə təmin edilir.

Tehran Əyalətnin Su və Kanalizasiya Şirkətinin baş direktoru Möhsün Ərdəkani son 24 ildə ilk dəfə olaraq Kərəc bəndindən Tehrana su nəqli yolunun daşqın səbəbindən tamamilə bağlandığını bildirib.

Qeyd edək ki, Kərəc şəhərində də içməli və sanitar su çatışmazlığı hökm sürür.

Bu barədə danışan Kərəcin İran parlamentindəki nümayəndəsi Mehdi Əsgəri şəhərin bəzi məhəllərində 10-20 saat su kəsintisi olduğunu deyib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar