SON XƏBƏRLƏR

Şərqi Azərbaycanın 700 kəndində içməli su tapılmır

2023.06.17, 13:16
Şərqi Azərbaycanın 700 kəndində içməli su tapılmır

Şərqi Azərbaycan əyalətinin Qaratəpə bölgəsində içməli su qıtlığı yaşanır.

Gunaz.tv

Bu barədə məlumat verən yerli sakinlər və sosial media fəalları bildirib ki, günlərdir davam edən problemlə bağlı tədbir görülməyib.

Təbrizlə Sofyan arasında yerləşən Qaratəpə əhalisinin durumu daha ağırdır. Onların problemlə bağlı dövlət qurumlarına müraciətləri cavabsız qalıb.

Qeyd edək ki, Şərqi Azərbaycan əyalətinin 700 kəndində su qıtlığı yaşanır.

Təbriz Universitetinin Planlaşdırma və Çevrə Elmləri Fakültəsinin rəhbəri Behruz Sari bildirib ki, Şərqi Azərbaycanın 360 kəndi tamamilə boşalıb.

Əyalətin onlarla şəhərində də su qıtlığı yaşanır.

"Bir sıra problemlərlə yanaşı susuzluq ucbatından kəndlər boşalır və şəhərlərdə marginallaşma genişlənir.

Bu, belə davam edərsə yaxın vaxtlarda kənd təsərrüfatı məhsullarının qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq”-deyə, Təbriz Universitetinin Planlaşdırma və Çevrə Elmləri Fakültəsinin dekanı qeyd edib. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar