SON XƏBƏRLƏR

İsrail və Rusiya İranla bağlı razılığa gəldi

2023.06.19, 15:28
İsrail və Rusiya İranla bağlı razılığa gəldi

Təl-Əvivlə Moskva İranla bağlı razılığa gəlib. İsrailin ivrit dilində yayımlanan "Kanal 12" televiziyasının yaydığı xəbər görə, tərəflər İrana bəzi növ silahların verilməməsində razılaşıblar.

Gunaz.tv

Məlumata əsasən İran PUA müqabilində Rusiyadan silah almağı düşünür. Moskva isə İranın bu istəyinə hələ cavab verməyib. 

Qeyd olunub ki, Rusiya və İsrailin anlaşması iki tərəfin də xeyrinədir, lakin bunun nə qədər çəkəcəyi bəlli deyil.

Ukrayna müharibəsi davam edərsə Moskvanın Tehrandan silah tələbi arta və nəticədə vəziyyət İranın xeyrinə çevrilə bilər. 

Qeyd edək ki, bir müddət öncə İran qaynaqları "Suxo" qırıcılarının bu ölkəyə verilməsi barədə Moskva ilə  razılıq əldə olunduğunu bildirib.

Məlumatda qırıcıların tezliklə İrana təhvil veriləcəyi qeyd olunub. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar