SON XƏBƏRLƏR

Kanada 7 iranlı hakimə sanksiya tətbiq etdi-Mülkləri bloklanacaq

2023.06.20, 11:39
Kanada 7 iranlı hakimə sanksiya tətbiq etdi-Mülkləri bloklanacaq

Kanada Xarici İşlər Nazirliyi (XİN) insan hüquq və azadlıqlarının kobud və sistematik şəkildə pozulmasında iştirak etdiklərinə görə yeddi hakimin adını sanksiyalar siyahısına salıb. Bu barədə Kanada Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Gunaz.tv

Sanksiya daha çox İnqilab məhkəmələrində çalışan hakimlərə şamil ediləcək.

Bu hakimlərin bəziləri insan haqlarını pozduğuna görə ABŞ və Avropa Birliyi tərəfindən də sanksiyaya məruz qalıb.

Kanada XİN-in bu addımı insan hüquqlarının pozulması ilə əlaqədar İrana qarşı 12-ci sanksiyalar paketidir.

Sanksiyalara əsasən, həmin şəxslərin Kanadadakı mümkün mülkləri bloklanacaq.

Onların bu ölkəyə səfərləri qadağan ediləcək.

Həmçinin kanadalılara da bu insanlarla iş birliyinə getmək qadağandır.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar