SON XƏBƏRLƏR

İran hökuməti xaricdəki müxalifətə qarşı hücum hazırlayır

2023.06.21, 12:29
İran hökuməti xaricdəki müxalifətə qarşı hücum hazırlayır

İran hökuməti xaricdə fəaliyyət göstərən müxalif təşkilatlara qarşı hücum planlaşdırır.

Gunaz.tv

İran prezidenti İbrahim Rəisinin hüquqi məsələlər üzrə müavini Məhəmməd Dehqan bu barədə açıqlama verib.

O, xüsusilə Xalq Mücahidləri Təşkilatına qarşı ciddi tədbirlər görülməli olduğunu deyib.

 "Mücahidlər İranda cinayət törədiblər və bu barədə təhlükəsizlik və məhkəmə orqanları birgə əməkdaşlıq etməli. onların İrana ekstradisiyasına çalışmalıdırlar",- prezidentin müavini bildirib.

Qeyd edək ki, iyunun 20-də Almaniyanın Daxili Təhlükəsizlik Təşkilatı yayınladığı 380 səhifəlik hesabatda İranla bağlı xəbərdarlıq edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar