SON XƏBƏRLƏR

"Ağdamı belə görmək kədərlidir"-Çexiyalı deputat

2023.06.21, 15:26
"Ağdamı belə görmək kədərlidir"-Çexiyalı deputat

Ağdamın əvvəllər necə gözəl şəhər olduğu barədə oxumuşdum, indi isə bura səfər etmişəm, şəhərin viran qoyulduğunu görürəm.

Gunaz.tv

Bunu Azərtac-a açıqlamasında Ağdama səfər edən Çex Respublikası Parlamentinin Deputatlar Palatasının üzvü Mixal Ratiborski deyib.

“Ağdamı belə görmək kədərlidir. Ümid edirəm ki, şəhər tezliklə bərpa olunacaq və bundan sonra yenidən inkişaf edəcək”, - deyə o əlavə edib.

Qeyd edək ki, Çex Respublikası Parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti bu gün işğaldan azad olunmuş Ağdama səfər ediblər. 

Səfər zamanı nümayəndə heyəti Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Ağdamda törədilən müharibə cinayətləri, həmçinin şəhər işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olublar. 

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar