SON XƏBƏRLƏR

Avropa mükafatı qazanan azərbaycanlı alimə laqeydlik narazılıq doğurdu

2023.06.22, 17:17
Avropa mükafatı qazanan azərbaycanlı alimə laqeydlik narazılıq doğurdu

Güney azərbaycanlı tədqiqatçı və adı 21 əsrin seçilmiş alimləri siyahısına salınan Sudabə Davəran Avropa İxtiraçılar Akademiyasının qızıl medalını alıb.

Gunaz.tv

O, beynəlxalq tədbirdən bu gün səhər saatlarında Təbrizə qayıdıb və dünya şöhrətli alimi Təbriz hava limanında yalnız bir neçə nəfər yaxını qarşılayıb.

Onun işlədiyi Təbriz Tibb Elləri Universitetinin rəhbərliyi və əməkdaşlarının belə bir uğura imza atmış alimi qarşılamağa gəlməmələri narazılıq doğurub.

Təbrizin "Azərəncümən" saytı bu barədə yazı dərc edib, güneyli sosial media istifadəçiləri təbrizli alimə qarşı belə laqeyd münasibəti  bütün Azərbaycan elminə və alimlərinə, habelə azərbaycanlılara qarşı hörmətsizlik kimi dəyərləndiriblər. 

Qeyd edək ki, Sudabə Davəranın "Antibiotiklərə davamlı yoluxucu yaraların müalicəsi üçün antibiotik preparatları və antimikrob bitki ekstraktları olan nanoliflər" adlı elmi layihəsi bu ilin may ayında İstanbulda keçirilən Teknofast 2023 festivalında birinci yeri tutub.

Südabə Davəran Güney Azərbaycanın Təbriz şəhərindən olan kimya elmləri üzrə professor və tədqiqatçıdır. 

O, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Elmə və Nanotexnologiyaya Yardım Mükafatının 4-cü buraxılışının qaliblərindən biri seçilib.

Ona YUNESKO-nun Parisdəki mənzil-qərargahında keçirilən mərasimdə qızıl medal təqdim edilib

Azərbaycanlı alim Təbriz Tibb Elmləri Universitetinin Əczaçılıq fakültəsi Tibbi Nanotexnologiyalar Departamentinin direktoru və bu universitetdə əczaçılıq biomaterialları və əczaçılıq nanotexnologiyaları kafedrasının professorudur.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar