SON XƏBƏRLƏR

Məşhəddə gizli toplantı: Rejim repressiyalara hazırlaşır

2023.06.24, 13:07
Məşhəddə gizli toplantı: Rejim repressiyalara hazırlaşır

İranın yüksək rütbəli təhlükəsizlik zabitləri və SEPAH komandirlərinin iştirakı ilə Məşhəd şəhərində qapalı iclas keçirilib. Məxfi toplantıda İran rəhbəri Əli Xameneyinin ofisinin rəhbəri Məhəmməd Məhəmmədi Qolpayqani də iştirak edib.

Gunaz.tv

Bu barədə İran mediası bir neçə gün gecikmə ilə məlumat yaysa da təfərrüat barədə geniş açıqlama verilməyib.

Görüş barədə verilən məlumatlarda adı çəkilən qurumların qarşıdakı etiraz aksiyalarını yatırmaq üçün "vahid strategiya" tərtib etdikləri və ortaq qərargah yaratdıqları bildirilir.

İran rəhbəri Əli Xameneyinin məsələ ilə bağlı mesajında isə dolayısı ilə Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi və SEPAH arasındakı ixtilaflara toxunulur.
Rəhbərin mesajında bu ixtilafların bundan öncəki etiraz aksiyalarının uzanmasına səbəb olduğu vurğulanır.

"Təhlükəsizlik və kəşfiyyat ölkənin ən vacib məsələlərindən biridir və kəşfiyyat sistemləri ilə bağlı zəif tərəflərimizdən biri də bu qruplar arasında anlaşmanın olmamasıdır",- Xameneyinin toplantı iştirakçılarına ünvanladığı mesajında qeyd edilib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar