SON XƏBƏRLƏR

Xarici diplomatlar Ağalı kəndində olublar

2023.06.24, 20:02
Xarici diplomatlar Ağalı kəndində olublar

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və 10 təşkilatın nümayəndələri Zəngilan rayonunun Ağalı kəndində olublar.

Gunaz.tv

Səfər zamanı qonaqlara kənd haqqında ətraflı məlumat verilib.

“Bu ağıllı kənd ötən il salınıb. Hazırda kənddə 420 nəfər yaşayır. Kənd “smart village” (ağıllı kənd) konsepsiyası əsasında salınıb, yəni ən müasir texnologiyalardan istifadə olunub. 

Bu yanaşma Dayanıqlı İnkişaf Məqsədlərinə tam uyğundur”, - Azərbaycan Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O, həmçinin əlavə edib ki, günəş enerjisindən istifadə Ağalı kəndində həyatın bütün sahələrini əhatə edir.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar