SON XƏBƏRLƏR

İranda toz fırtınası yüzlərlə insan xəsarət almasına səbəb oldu

2023.06.27, 14:39
İranda toz fırtınası yüzlərlə insan xəsarət almasına səbəb oldu

İranın Sistan və Bəluçistan əyalətində baş qaldıran toz fırtınası ciddi fəsadlar törədib.

Gunaz.tv

Bu barədə əyalətin Böhran Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, son 4 gün ərzində toz fırtınası maddi ziyanla yanaşı çox sayda insanın xəsarət almasına səbəb olub.

Məlumatda ən azı 1059 nəfərin tənəffüs problemi, ürək çatışmazlığı və göz nahiyəsindən zədələnmə diaqnozu ilə xəstəxanalara müraciət etdiyi bildirilib.

Xəstəxanalara müraciət edənlərin 145 nəfərinin müxtəlif bölmələrə köçürülüb, başqaları isə müalicə olunaraq evə buraxılıb.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar