SON XƏBƏRLƏR

İranda sünni din xadiminin ailəsinə təzyiqlər güclənib- Nəvəsi həbs edildi

2023.06.27, 18:41
İranda sünni din xadiminin ailəsinə təzyiqlər güclənib- Nəvəsi həbs edildi

Son bir neçə ayda İran hökumətinin siyasətlərini və vətəndaşlara qarşı repressiyaları pisləyən sünni din xadimi və Zahidan şəhərinin cümə imamı Moləvi Əbdülhəmid İsmailzehiyə təzyiqlər artıb.

Gunaz.tv

Bəluç Fəalları Kampaniyasının verdiyi məlumata görə, iyunun 27-də cümə imamının nəvəsi Əbdüınəsir Şəhbəxş təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq naməlum yerə aparılıb.

Həbs zamanı onun ağır şəkldə döyüldüyü və nəticədə bədən xəsarətləri aldığı bildirilir.

Onunla yanaşı cümə namazlarının qılındığı və Moləvi Əbdülhəmidin başçılıq etdiyi Zahidanın Məkki məscidinin fotoqrafı, həftəlik etiraz aksiyalarını işıqlandıran Hamid Məhəmməd Bərahuyi və operator Üsamə Şəhbəxşin də həbs edildiyi qeyd edilib.

Qeyd edək ki, Moləvi Əbdülhəmid İran hökumətinin əsas tənqidçilərindən birinə çevrilib və hər həftə cümə namazı çıxışı zamanı hakimyyətin əleyhinə fikirlər səsləndirir.

Son bir həftə ərzində onun xarici pasportu əlindən alınaraq Həcc ziyarəti üçün Məkkəyə getməsinə qadağa qoyulub.

Eyni halda bir neçə gün öncə onun mühafizəçiləri SEPAH-a işləyən şəxsin cümə imamını zəhərləmək üçün dini tələbə qılığında Məkki məscidinə sızmış şəxsi ifşa ediblər.

Timur 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar