SON XƏBƏRLƏR

Blinkendən nazirlərin görüşü barədə açıqlama: "Ən çətin məsələlərin həlli sonraya qalıb"

2023.06.30, 09:00
Blinkendən nazirlərin görüşü barədə açıqlama: "Ən çətin məsələlərin həlli sonraya qalıb"

ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən görüşünü şərh edib.

Gunaz.tv

"Ən çətin məsələlərin həlli sonraya qalıb".- Antoni Blinken belə deyib.

O bildirib ki, razılığa nail olmaq nə qədər asan olsa da, bəzi hallarda çətinləşir: "Çünki ən mürəkkəb məsələlər hələ həllini tapmayıb".

Qeyd edək ki, iyunun 27-29-da C.Bayramov və A.Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danışıqlar aparılıb.

Nazirlər Vaşinqtonda olarkən ABŞ-ın dövlət katibi Antoni Blinken və prezidentin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.

Azərbaycan XİN-in rəsmi məlumatına əsasən, XİN başçıları və onların heyətləri arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub. (report)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar