SON XƏBƏRLƏR

SEPAH-ın vurduğu Ukrayna təyyarəsi ilə bağlı iş Haaqa Məhkəməsinə göndərilir

2023.06.30, 12:00
SEPAH-ın vurduğu Ukrayna təyyarəsi ilə bağlı iş Haaqa Məhkəməsinə göndərilir

2020-ci ildə SEPAH-ın vurduğu Ukrayna sərnişin təyyarəsi barədə açılmış iş Haaqa Məhkəməsinə göndərilir.

Gunaz.tv

Qeyd edək ki, sözügedən sərnişin təyyarəsi 8 yanvar 2020-ci ildə İmam Xomeyni adına Hava Limanından qalxandan bir neçə dəqiqə sonra Tehran səmasında SEPAH tərəfindən 2 raketlə vurulub.

Nəticəsdə 176 sərnişin və uçuş heyəti həlak olub.

Kanada, İsveç, Britaniya və Ukraynadan ibarət Beynəlxalq Koordinasiya və Reaksiya Qrupu  iyunun 8-də işin Beynəlxalq Ədalət Məhkəməsinə göndərəcəyini açıqlayıb.

Bununla əlaqədar yayılan bəyanatda deyilir:

“PS752 reysi qurbanları üzrə Beynəlxalq Koordinasiya və Reaksiya Qrupu üzvləri Kanada, İsveç, Britaniya və Ukraynanı təmsil edir.

Qeyd edirik ki, İran qrupla məhkəmə baxışı barədə heç bir razılaşma etmədiyinə görə müvafiq konvensiyanın 14-cü maddəsinə əsasən sərnişindaşıma təyyarələrinin təhlükəsizliyinə qarşı qanunsuz hərəkətlərə baxılması mümkün olmayıb”.

Koordinasiya qrupu bəyan edib ki, işi Beynəlxalq Ədalət Məhkəməsinə göndərməklə İranın qanunlara zidd olaraq vurduğu təyyarəyə görə məsuliyyət daşıyacağına əmin olmaq istəyir.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar